AZ

ABŞ və İsrailin zərbələrindən sonra Tehranda SEPAH-ın qərargah binası dağıntılara məruz qalıb

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı Qüvvələri tərəfindən endirilən zərbə nəticəsində əhəmiyyətli dərəcədə dağıntılara məruz qalıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, tikili, demək olar ki, tamamilə məhv edilib.

Telekanal həmçinin qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyinin binası da hücuma məruz qalıb. "Zərbələrin hədəfi Amerikanın diplomatik missiyasının ərazisində mövcud olan HHM sistemləri olub", - "Al Hadath" bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.

Seçilən
13
far.az

1Mənbələr