ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik qəzəb” (Epic Fury) əməliyyatının başlanmasından bəri 13 amerikalı hərbçi həlak olub.Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Əməliyyat çərçivəsində daha 200 ABŞ hərbçisinin isə yaralandığı bildirilib.Mənbələrin sözlərinə görə, yaralanan hərbçilərin 170-i artıq sağalaraq xidmətə qayıdıb.