Bərdə. Trend:
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi başverib.
Trend-inyerli müxbirinin məlumatına görə, qəza ötən gecə rayonun Gərənəkəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimovidarə etdiyi “VAZ-2106” markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlıminik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yükavtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov aldığıağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.