AZ

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

Aktyor-rejissor Sərxan Kərəmoğlu Sovet dövründən qalan aktyorların yaradıcılıq üslubunu sərt şəkildə tənqid edib.

Musavat.com bildirir ki, Sərxan Kərəmoğlu "Öz aramızda" verilişində çıxışı zamanı Sovet məktəbinin təsirinin hələ də Azərbaycan səhnəsində və ekranında hiss olunduğunu iddia edib. Onun sözlərinə görə, həmin dövrdən qalan aktyorların ifasında həddindən artıq pafos və süni teatrallıq müşahidə olunur:

“Sovet dövründən qalan aktyorlar pafosla danışır. Ümumiyyətlə, bu gün kinomuzda, teatrımızda, televiziyalarımızda Sovet şurasının qalıqlarının düşüncəsini görürük. Sovetin qalığı yaxşı olsaydı, elə Sovetin tərkibində qalardıq da. Ancaq pafos, pafos... Belə olmaz!”

Onun bu sözlər sosial şəbəkələrdə sərt tənqidlərə tuş gəlib. Sosial şəbəkə istifadəçiləri Sovet dövründə yaradılan bir çox ekran əsərlərin Azərbaycan kino tarixinin ən parlaq səhifələrini təşkil etdiyini qeyd ediblər.

Xalidə Gəray
Musavat.com

Seçilən
16
2
musavat.com

3Mənbələr