AZ

Şevçenko “Milan”ın bazasında sabiq komandasını ziyarət etdi

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milаn”ın ukraynalı sabiq hücumçusu Andrey Şevçenko keçmiş klubunun bazasına baş çəkib.

İdman.Biz xəbər verir ki, bu barədə “Milan”nın rəsmi saytı məlumat yayıb.

Ukraynalı veteran komandanın bir sıra futbolçuları, həmçinin baş məşqçi Massimiliano Alleqri ilə görüşüb. Görüş zamanı xatirə şəkilləri də çəkdirilib.

Şevçenko 1999-2006-cı illərdə “Milan”ın formasını geyinib. O, klub tarixinin ən yaxşı bombardiri olmağa çox yaxın olsa da, bir çox azarkeş üçün gözlənilmədən “Çelsi”yə transfer olunub.

Ukraynalı forvard “Milan”ın heyətində 175 qol vurub. Şevçenko 2008/2009 mövsümündə də “Çelsi”dən icarə əsasında qısa müddətlik “Milan”a qayıdıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr