AZ

XIII Qlobal Bakı Forumunun sonuncu günü keçirilir

Bu gün Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XIII Qlobal Bakı Forumunun sonuncu günü fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, martın 12-14-də keçirilən forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Forum qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Seçilən
29
4
publika.az

5Mənbələr