Azərbaycanın paytaxtında "Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunun üçüncü günü öz işinə başlayıb.
Day.Az xəbər verir ki, tədbirdə "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyaların etikası", "Beynəlxalq sistemin yenidən qurulması axtarışında", mövzularında müzakirələr, həmçinin "Gənclər danışır, biz dinləyirik" adlı sessiya keçiriləcək.
Bundan əlavə, proqramda Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stipraisin iştirakı ilə xüsusi sessiya da nəzərdə tutulub.
Xəbər yenilənəcək