AZ

Moldova MDB-dən çıxsa, qaqauzların qanı töküləcək

Rusiyadan xəbərdarlıq: “Dnestryanı və Qaqauziya Moldovanın MDB-dən çıxmasına və Rumınıyaya birləşməsinə qarşı sakit durmayacaqlar”


Moldova hökumətinin Müstəqil Dövlətlər Birliyinin (MDB) iki sazişinin hüquqi qüvvəsinin dayandırılması (denonsasiyası) ilə bağlı qərarı ətrafında müzakirələr qızışıb. Musavat.com xəbər verir ki, söhbət MDB-nin yaradılması haqqında sazişdən və ona əlavə edilmiş protokolun qüvvəıdən düşməsinin elanından gedir. Hər iki sənəd 1991-ci ilin dekabrında, SSRİ-nin dağılması ərəfəsində imzalanmışdı. İndi qanun layihəsi parlamentə təqdim olunacaq. Parlament səsverməsi bu ay keçiriləcək. Daha sonra qərar Moldova prezidenti tərəfindən təsdiqlənəcək, bundan sonra Moldova Xarici İşlər Nazirliyi MDB rəhbərliyinə rəsmi geri çəkilmə notası verəcək.

PictureKişinyov hesab edir ki, MDB-dən çıxmaq ölkənin Avropa İttifaqına inteqrasiya strategiyasına uyğundur. Nazirlər Kabineti iqtisadi hesablamalar da aparıb. Hesablamalara görə, təşkilatdan çıxmaq Moldovaya MDB strukturlarına illik üzvlük haqlarını ödəməməyə imkan verəcək və dövlət büdcəsindən 3,1 milyon ley (təxminən 14,2 milyon rubl) qənaət ediləcək.
MDB çərçivəsində Moldova ümumilikdə 283 saziş imzalayıb. Onlardan 71-i artıq denonsasiya edilib, 60 sənəd bu prosesdədir, 2024-cü ilin əvvəlində isə daha 119 razılaşmanın artıq praktiki əhəmiyyət daşımadığı bildirilib. Beləliklə, 1991-ci ildə MDB-nin yaradılmasından bəri təşkilata üzv olan Moldova onu tərk edən üçüncü postsovet ölkəsi olacaq. Bundan əvvəl Gürcüstan (2009) və Ukrayna (2018) MDB-dən çıxıb. Kişinyov isə 2022-ci ildən etibarən MDB-nin iclaslarında iştirak etmir. Rusiya prezidenti müsahibələrinin birində deyib ki, Moldovanın MDB-dən çıxması postsovet məkanında inteqrasiya proseslərinə ciddi təsir göstərməyəcək.
PictureBununla belə, bəzi ekspertlər hesab edir ki, Avropa İttifaqına üzvlük perspektivi hələ uzaqdır. Səbəb kimi isə həll olunmamış Dnestryanı münaqişəsi və Moldovanın zəif iqtisadiyyatı göstərilir.Ekspertlərə görə, Moldova Avropa Birliyinə üzvlüklə bərabər Rımıniyaya birləşmək üçün də fəaliyyətə keçib.
Rusiyanın “Vzqlyad” nəşri isə yazır ki, ölkə daxilində də bu məsələ ətrafında fikir ayrılıqları mövcuddur. Xüsusilə Dnestryani və Qaqauziya bölgələrində Rusiya ilə iqtisadi əlaqələrin qorunmasını istəyən qüvvələr var. Bu isə ölkənin siyasi və regional balansına əlavə gərginlik yarada bilər.
Avrasiya Tədqiqatları Mərkəzinin İdarə Heyətinin sədri Yuri Samonkin də hesab edir ki, Dnestryanı və Qaqauziya Moldovanın MDB-dən çıxmasına qarşı sakit durmayacaqlar. O, hətta balacaa Moldovanın yenidən parçalana biləcəyinə də işarə edib. "Əgər Sandu əvvəllər Ukrayna və Gürcüstanı darmadağın edən kursu davam etdirsə, yaxın gələcəkdə Moldovanın suverenliyi və birliyi üçün yaxşı bir şey olmayacaq”- deyə xəbərdarlıq edib.
PictureEkspertlərə görə, Moldova Avropa Birliyinə üzvlüklə bərabər Rımıniyaya birləşmək üçün də fəaliyyətə keçib. Yenə Rusiya mənbələri iddia edirlər ki, Qaqauziya və Dnestryanı Rumıniya ilə birləşməyə qarşı olacaqlar. Rusiya Dövlət Dumasının deputatı ermənipərəst deputatı Konstantin Zatulin deyib ki, Sandu onların fikirlərinə əhəmiyyət vermir: “Bu gün o, Dnestryanını faktiki olaraq blokada edir. Ukrayna ilə birlikdə orada yaşayan soydaşlarımız üçün problem yaradırlar. Və buna baxmayaraq, onlar demaqoq şəkildə bəyan edirlər ki, Dnestryanını istənilən gün təslim olmağa məcbur edəcəklər. Bu da Sandunun siyasətinin bir hissəsidir və çox, çox pis nəticələnə bilər. Çünki MDB-dən çıxmaq nümayişkaranə bir addımdır. Lakin 1992-ci ildə etdikləri kimi, Dnestryanını başqasının qanunları ilə yaşamağa, rus dilini ləğv etməyə və s. məcbur etməyə çalışmaq qanlı silahlı münaqişəyə səbəb ola bilər.”

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr