AZ

Bağdadda Hizbullah komandirlərinin qərargahı partladıldı

İraqın paytaxtı Bağdad şəhərində bir neçə partlayış baş verib.

Musavat.com xəbər verir ki, partlayışlar hava zərbələrinin nəticəsi olmayıb.

Əl-Hədət TV-nin məlumatına görə, partlayışlar Hizbullah-ın yerli qanadının rəhbərliyi olan binalarda baş verib. Telekanal bildirir ki, İraqda fəaliyyət göstərən Kətaib Hizbullah-ın baş katibi Əbu Hüseyn əl-Həmidavi sui-qəsd cəhdindən sağ çıxıb. Mənbələrinə görə, əl-Həmidaviyə qarşı sui-qəsd cəhdi Bağdadın şərqindəki bir məhəllədə baş verib. Sui-qəsdi kimin təşkil etdiyi və ya itkilərin olub-olmadığı hələlik bildirilməyib.

Kətaib Hizbullah da bu məlumatlara münasibət bildirməkdən imtina edib.

Partlayış zamanı Hizbullah-ın digər qanadı olan “Əl-Həşd əş-Şəabi” liderlərindən birinin öldürüldüyü bildirilir.

İraq təhlükəsizlik rəsmilərinin məlumatına görə, hücum Bağdadın Əl-Ərəsət məhəlləsindəki bir binanı hədəf alıb. Demək olar ki, eyni vaxtda ən azı iki partlayışın baş verdiyi bildirilir. Əl-Hadath-ın məlumatına görə, “Əl-Həşd əş-Şəabi” komandirindən əlavə, hücumda bir neçə nəfər ölüb və ya yaralanıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, bombalanan binada 40-cı “Əl-Həşd əş-Şəabi” Briqadasının qərargahı yerləşirdi.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr