Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bağdadın dəbdəbəli Karrada məhəlləsində yerləşən "Haşd əl-Şabi" qərargahına edilən hava hücumu nəticəsində təşkilatın liderlərindən biri həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə "Shafaq News" və "Al Arabiya" məlumat yayıb.
Hadisə nəticəsində təşkilatın digər iki üzv də yaralanıb.
Qeyd edək ki, "Haşd əl-Şabi", İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən tam nəzarət edilən İraq şiə militant təşkilatıdır. O, 2014-cü ildə təsis edilib. Bu, təxminən 200.000 döyüşçünü əhatə edən müxtəlif silahlı qrupların çətir təşkilatıdır.
Gülayə Mecid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.