AZ

WUF13 üçün Bakının seçilməsinin MÜHÜM SƏBƏBLƏRİ

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

WUF13-ün keçirilməsi üçün Bakının niyə seçilməsinin səbəbi açıqlanıb.

Oxu.Az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə jurnalistlərin "Niyə Bakı seçildi?" sualını cavablandırıb.

Anar Quliyev bunun bəzi səbəblərini açıqlayıb:

"Mən "Böyük Qayıdış" Dövlət Proqramına işarə edə bilərəm. Bildiyiniz kimi, Azərbaycanın böyük bir hissəsi on illərlə işğal altında idi. Son beş ildə isə biz həmin bölgələrə həyat qaytarırıq və bunu uğurla həyata keçiririk. 10 minlərlə şəxs Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu layihələr hökumət, yerli resurslar, yerli memarlar və beynəlxalq ekspertlərlə sıx əməkdaşlıqla həyata keçirilir. Buna görə də biz Bakını WUF13-ü mənzil mövzusu ilə ev sahibliyi edəcək şəhər kimi təqdim edə bilərik".

A.Quliyev qeyd edib ki, Bakı böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün təcrübəyə malikdir:

"Məqsədimiz şəhərin imicini belə formalaşdırmaqdır: burada insanlar toplaşsın, müzakirələr aparsın, həll yolları tapsın. Sonda isə bölgədə sülhü təmin etmək əsas hədəfdir. Biz bunu öz torpaqlarımızda artıq əldə etmişik və inanırıq ki, həm qonşularımıza, həm də digər ölkələrə dəstək verərək regionda sülhün bərqərar olmasına töhfə verə bilərik".

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
oxu.az

1Mənbələr