Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində insanların həlak olması və çoxsaylı yaralanmalar bizi dərindən kədərləndirdi.
Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq", - paylaşımda qeyd olunub.
We are deeply saddened by the tragic loss of lives and many injuries caused by the devastating landslides and floods in #Ethiopia.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 14, 2026
We extend our heartfelt condolences to the families of those who lost their loved ones, to the Government and people of Ethiopia, and express our…