AZ

İqor Qarafuliç: BMT ilə Azərbaycan arasında dialoq əla səviyyədədir

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

BMT ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq yüksək səviyyədə davam edir.

"Cebheinfo.az" xəbər verir ki, bunu APA-ya BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, hökumət nümayəndələri ilə yüksək səviyyədə görüşlər keçirə bilib.

“Mən burada cəmi bir aydır fəaliyyət göstərirəm və deyə bilərəm ki, bütün qapılar mənim üçün açıq olub. Ölkədə ən yüksək səviyyələrdə görüşlər keçirmək imkanı əldə etmişəm. BMT ilə Azərbaycan hökuməti arasında dialoqun çox yaxşı və əla səviyyədə olduğunu deyə bilərəm”, – o qeyd edib.

İqor Qarafuliç bildirib ki, rezident əlaqələndirici kimi BMT-nin müxtəlif qurumlarının fəaliyyətini koordinasiya edir.

Onun sözlərinə görə, ötən ilin oktyabrında Azərbaycanla BMT arasında əməkdaşlıq bağlı çərçivə sənədi imzalanıb və hazırda əsas məqsəd həmin razılaşmaların icrasıdır. “Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə görüşlərdən aldığım siqnal ondan ibarətdir ki, onlar şəhər inkişafı və ətraf mühit sahələrində BMT ilə tərəfdaşlığa böyük önəm verirlər”.

Qarafuliç əlavə edib ki, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də Bakıda keçiriləcək WUF13 olacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
2
cebheinfo.az

4Mənbələr