ain.az, Olay.az saytına istinadən bildirir.
Azərbaycan məhkəməsinin qərarı ilə təsdiq olundu ki, “Qavaldaş nağara” ideyası və əsəri Natiq Şirinova məxsusdur”.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bu sözləri Xalq artisti Natiq Şirinov sosial şəbəkə hesabında yazıb.
“Məhkəmə qərarına əsasən müəllif hüququnu pozaraq hazırlanmış “Qavaldaş nağara” maketi məhv edildi və cərimə ödənildi.
Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil.
Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir: Bu məsələlər qanun qarşısında həll olunur və olunacaq.
Sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır”, - deyə o paylaşımında bildirib.
Qeyd edək ki, Xalq artisti Natiq Şirinov ritm qrupunun keçmiş üzvü Ramil Cahangirova qarşı maraqlı iddia irəli sürmüşdü. O, Ramil Cahangirovu ona məxsus “qavaldaş nağara” əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.