AZ

Hörmüzdən keçid üçün yuan şərti - Tehrandan əcaib qərar

Tehran daşıdığı neftin dollarla deyil, yuanla satılması şərti ilə məhdud sayda tankerin Hörmüz boğazından keçməsinə icazə verməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı CNN adı çəkilməyən İran rəsmisinə istinadən yayıb. Rəsminin sözlərinə görə, İran hazırda boğazdan neft tankerlərinin keçidini tənzimləmək üçün yeni bir plan üzərində işləyir.

Qeyd edək ki, martın 2-də SEPAH general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-ın hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlanacaq. Martın 5-də İranın xarici işlər naziri Abbas Əraqçi boğazın bağlanmadığını və tankerlər də daxil olmaqla gəmilərin hər iki tərəfdən hücumlardan qorxaraq onu keçməyə cəhd etmədiyini bildirib.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr