AZ

Azad edilmiş ərazilərə nə qədər sərnişin daşınıb?

Sərnişindaşıma məqsədilə işğaldan azad edilmiş ərazilərə ümumilikdə 19 marşrut xətti təşkil edilib.

Day.Az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, bunlardan 4-ü ərazilərə ziyarət xarakterli səfərləri, 15-i isə şəhərlərarası və rayonlararası sərnişindaşımanı həyata keçirir. Bu marşrutlar fəaliyyətə başladığı dövrdən təxminən 145.3 min sərnişin daşıyıb. Bununla yanaşı, www.yolumuzqarabaga.az portalı vasitəsilə 3.2 milyondan çox şəxsin işğaldan azad edilmiş əazilərə səfəri üçün müraciət qəbul olunub.

Seçilən
4
1
day.az

4Mənbələr