AZ

“WUF13 milli təcrübələrin təqdim olunması üçün mühüm platforma olacaq” -ANAR QULİYEV

“Didərgin düşmüş əhalinin yaşayışı üçün adekvat şəraitin yaradılması və yenidənqurma prosesinin dayanıqlı şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə yaşayış mühitinin bərpasına və inkişafına iri həcmli sərmayələrin yönəldilməsi mümkündür”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri , WUF13 üzrə Milli Kordinator Anar Quliyev XIII Qlobal Bakı formunun çərçivəsində keçirilən "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" adlı panel sessisyada deyib.
“Bütün bu məsələlər Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) geniş şəkildə müzakirə olunacaq. Forum çərçivəsində təşkil ediləcək yüksəksəviyyəli dialoqlar və müxtəlif sessiyalar özəl sektorun nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq ekspertləri bir araya gətirəcək.

Komitə sədri çıxışında Qarabağ bölgəsində aparılan yenidənqurma və bərpa proseslərinə də toxunaraq Azərbaycanın bu sahədə əldə etdiyi təcrübənin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, WUF13 milli təcrübələrin təqdim olunması, bilik və təcrübə mübadiləsinin aparılması, eləcə də mənzil problemlərinin həlli istiqamətində qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsi üçün mühüm platforma olacaq”.

Müəllif: Günay Hacıyeva
Seçilən
24
sia.az

1Mənbələr