Meksika faktiki olaraq narkotik kartelləri tərəfindən idarə olunur.
Musavat.com xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp Floridaya uçmazdan əvvəl jurnalistlərlə danışarkən səsləndirib.
İki ölkə arasındakı münasibətlərlə bağlı suala cavab olaraq, Amerika lideri Meksika prezidenti Klaudiya Şeynbauma "kartellərdən qurtulmağı" təklif etdiyini bildirib. "Amma nədənsə o, bunu etmək istəmir", - deyə o bildirib və əlavə edib ki, meksikalı həmkarı "bu təklifi rədd etməməli idi": "Mən onu çox bəyənirəm, amma o, kartellərdən qurtulmalıdır, çünki kartellər, istəsəniz də, istəməsəniz də, Meksikanı idarə edir. Bu, belə olmamalıdır".
9 martda keçirilən mətbuat konfransında Şeynbaum bildirib ki, ABŞ sərhəddən qanunsuz silah qaçaqmalçılığı yollarını kəsməklə və narkotik istifadəsini azaltmaqla mütəşəkkil cinayətkarlıqla mübarizədə Meksikaya əhəmiyyətli dərəcədə kömək edə bilər.
Musavat.com