AZ

ABŞ nin İran planı: Uzunmüddətli müharibə

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Körfəz bölgəsinə geniş hərbi kontigent göndərir.

“Cebheinfo.az” “Wall Street Journal”-a istinadən xəbər verir ki, Pentaqon İranın Hörmüz boğazında artan hücumlarına cavab olaraq və boğazı nəzarət altına almaq üçün Körfəz ölkələrinə əlavə dəniz piyadaları və hərbi gəmilər yerləşdirməyi planlaşdırır. 

Nəşrin məlumatına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Yaxın Şərqdəki Amerika qoşunlarının sayını artırmaq üçün ABŞ Mərkəzi Komandanlığı Körfəz ölkələrinə bir neçə hərbi gəmidən və 5000 dəniz piyadasından ibarət desant qrupu və dəniz ekspedisiyası göndərəcək. 

Eyni zamanda Yaponiyada yerləşən "USS Tripoli" və ona bağlı dəniz piyadaları hazırda Yaxın Şərqə doğru yola düşüb. 

ABŞ rəsmiləri qeyd ediblər ki, bölgəyə göndərilən dəniz piyadaları artıq İrana qarşı hücum əməliyyatlarına hazırdılar. 

Yunis Abdullayev

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr