AZ

ABŞ-nin Bağdaddakı səfirliyinə dron hücumu edildi

ABŞ-nin İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyi İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma məruz qalıb.

Hadisə nəticəsində diplomatik missiyanın ərazisindən qatı tüstü yüksəldiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı İraqın təhlükəsizlik xidmətindəki mənbəsinə istinadən məlumat yayıb.

“Dron səfirliyin ərazisinə zərbə endirib”, – deyə təhlükəsizlik rəsmisi qeyd edib. Digər bir mənbə isə hədəfin məhz ABŞ-nin Bağdaddakı diplomatik nümayəndəliyi olduğunu təsdiqləyib.

Sara

Seçilən
62
nocomment.az

1Mənbələr