ain.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
“İşte benim stilim”in iştirakçısı Ayşegül Eraslanın öldürüldüyü üzə çıxıb.
OLAY yazır ki, bu barədə həqiqət tibbi ekspertizanın rəyindən sonra məlum olub.
Belə ki, iki nəfər Ayşegülü ikimərtəbəli evindəki pilləkənlərdən itələyib. Boynunun qırılması nəticəsində ölən A. Eraslanın biləkləri sonradan kəsilib.
Cinayəti intihar kimi qələmə vermək üçün mərhumun adından məktub yazılıb və paylaşılıb.
Dostları məktubdakı əl yazısının da Ayşegülə aid olmadığını müəyyən edib.
Hadisə ilə bağlı istintaq davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.