AZ

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

İsral ordusu son günlər Tehran ətrafında İran rejiminin hərbi infrastrukturuna zərbələr endirdiyi kimi, yaxın saatlarda Təbriz şəhərinin qərbində yerləşən sənaye zonasında da əməliyyatlar keçirəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti “X” hesabında məlumat yayıb.

SAXAL Təbriz sakinlərinə fars dilində müraciət edərək şəhərin qərbindəki ərazini tərk etmələrini xahiş edib.

“Hörmətli vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün xəritədə göstərilən ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə qalmağınız həyatınızı təhlükə altına salır”, - məlumatda bildirilib.


Bizim.Media

Seçilən
18
1
bizim.media

10Mənbələr