AZ

Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığıilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkasıkeçiriləcək.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbiri 16 mart 2026-ci iltarixində, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlukəndində yerləşən inzibati ofisində keçiriləcək.

Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrəvakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habeləDövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramlarıbarədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrinitəqdim etmələri mütləqdir.

Seçilən
17
11
az.trend.az

10Mənbələr