AZ

Salyanda su quyusuna düşən azyaşlı öldü

Salyan rayonunda azyaşlı faciəli şəkildə həyatını itirib. 

"Unikal" xəbər verir ki, hadisə martın 13-ü saat 12 radələrində Qaraçala qəsəbəsində qeydə alınıb. Belə ki, Qəsəbə sakini 2022-ci il təvəllüdlü Əli Pərvin oğlu Ağarzazadə həyətlərindəki su quyusuna düşərək ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
29
4
unikal.az

9Mənbələr