AZ

Çox ləngisək, bu imkanı itirə bilərik Nazir

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan rəqəmsal gələcək istiqamətində qlobal təcrübəni araşdırır və ölkədə həyata keçirməyə səy göstərir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel sessiyasında bildirib.

R. Nəbiyevin sözlərinə görə, ölkədə beynəlxalq praktikalar nəzərə alınaraq müəyyən istiqamətlər həyata keçirilir: “Məsələn, səhiyyə, təhsil kimi sahələrdə, eləcə də dövlət strukturlarının fəaliyyətində tətbiq edilən konkret layihələr var. Bu layihələr ilk mərhələdə müəyyən istiqamətlərdə sınaqdan keçirilir və müsbət nəticə göstərdiyi təqdirdə, geniş miqyasda istifadəyə verilir”.

Nazirin fikrincə, Azərbaycan eyni zamanda öz toplanmış təcrübəsinə söykənərək perspektiv imkanlar formalaşdırmağa çalışır: “Bu, innovasiyalar qarşısında meydana çıxan problemlərin aradan qaldırılması üçün şərait yaradır”.

R. Nəbiyev onu da qeyd edib ki, innovasiyalar sahəsində həddindən artıq sərt tənzimləmə tətbiq olunduğu halda, onu məhv etmək təhlükəsi yarana bilər: “Əgər çox ləngisək, qlobal səviyyədə nəzarəti həyata keçirmək imkanını itirmək riski ilə qarşılaşa bilərik. Məhz buna görə əsas məsələ idarəetmədə optimal tarazlıq nöqtəsinin müəyyənləşdirilməsidir. Bir tərəfdən innovasiyanı məhdudlaşdırmamaq, digər tərəfdən isə cəmiyyətimizi, uşaqlarımızı və bütövlükdə insanları müdafiə etmək üçün yetərincə möhkəm qaydaların formalaşdırılması zəruridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr