AZ

“İyunda Milli Məclisdə 65 məsələsinə yenidən baxıla bilər”

“Azərbaycanda dövlət büdcəsinin dəyişdirilməsi ənənəsi var. Hər il may-iyun aylarında Milli Məclisdə ona yenidən baxılır. Çox güman ki, bu il də büdcəyə baxılacaq”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, dünya bazarlarında neft qiymətinin artımı, ilk növbədə, Dövlət Neft Fondunun büdcəsinə təsir edir:

“Amma neftin ilkin qiyməti ilə bağlı hansısa dəyişikliyin dövlət büdcəsinə təsir etmir. Azərbaycanda sistem elə qurulub ki, neft satışından əldə edilən vəsait Dövlət Neft Fondunda (ARDNF) daxil olur. Bu, icmal büdcənin tərkib hissəsidir və onu Prezident təsdiqləyir. Yalnız bundan sonra ARDNF-dən dövlət büdcəsinə köçürmələr olur”.

N.Cəfərli vurğulayıb ki, neft qiymətlərində artım tendensiyası davam edərsə, büdcənin mədaxil və məxaric hissəsi artırıla bilər:

“Bunun üçün neftin gəlirlərinin sabit yüksək səviyyədə olması tələb olunur. O zaman may-iyun ayında büdcəyə yenidən baxıla bilər. Beləliklə, neftin qiymətinin hansı səviyyədə olması birbaşa yox, dolayı yolla büdəcəyə təsir edir.

Əgər uzun müddət neftin qiyməti yüksəlməkdə davam edəcəksə, təxminən iyun ayında büdcənin mədaxil və məxaric hissəsinə düzəliş edilməsi mümüknüdür. Ötən il büdcəsi qəbul olunarkən, o, yarım ildə o qədər də artırılmadı. Mədaxil 350-400 milyon manat, məxaric isə bir azca çox.

Qısası, ABŞ-İsrail və İran arasında müharibə əsnasında neft bazarlarında qiymət artımı parlamentdə büdcəyə yenidən baxılması qərarı doğura bilər. Yəni 65 məsələsinə yenidən baxılması mümüküdür”.

Xatırlatma: martın 14-də olan statistikaya əsasən, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 109,10 dollar təşkil edib. Bu, 3,52 ABŞ dollar və ya 3,3 % artım deməkdir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
35
yenisabah.az

1Mənbələr