Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusinümayəndəsi səfir Eduard Stipraislə görüşüb.
Trend xəbərverir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşımedib.
O bildirib ki, E.Stipraislə regional əməkdaşlıq, xüsusiləbağlantı imkanları, həmçinin Trans-Xəzər və TRIPP layihələri üzrəsəmərəli müzakirələr aparılıb.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi AsiyaMəsləhət Şurasına tamhüquqlu üzvlüyünü nəzərə alaraq bu formatçərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur.