AZ

Perudan avokado idxalı artıb, qiyməti də bahalaşıb

2025-ci il ərzində Azərbaycan Perudan 1 milyon 102 min dollar dəyərində 315 ton avokado idxal edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Peru Azərbaycanın mütləq əsas avokado tədarükçüsü olaraq qalır. İdxal ötən illə müqayisədə dəyər ifadəsilə 51,7 min dollar və ya 4,9% artsa da, miqdar ifadəsilə cəmi 0,7 ton (0,2%) azalıb.

Qeyd edək ki, 2024-cü ildə Perudan 1 milyon 51 min dollar dəyərində 315,6 ton avokado idxal olunmuşdu.

Bu il Perudan idxal edilən avokadonun 1 kiloqramının orta idxal qiyməti 3,50 dollar (təxminən 5 manat 95 qəpik) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 3,33 dollar (təxminən 5 manat 66 qəpik) idi. Bu da illik müqayisədə 0,17 dollar (29 qəpik) və ya 5,1% bahalaşma deməkdir.

Seçilən
17
fed.az

1Mənbələr