AZ

Trampın borcu başına iş açdı

Ümumdünya Antidopinq Agentliyi (WADA) İcraiyyə Komitəsinin iclasında Amerikanın təşkilata olan borcu səbəbindən Donald Trampa və digər ABŞ rəsmilərinə qarşı sanksiyaları nəzərdən keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, mümkün variantlardan biri rəsmi şəxslərin böyük idman tədbirlərinə qatılmasını qadağan etməkdir. ABŞ 2023-cü ildən bəri üzvlük haqqını ödəmir və 7,4 milyon dollar borcludur.

WADA daha sonra bildirib ki, sanksiya layihəsi 2020-ci ildən bəri müzakirə olunur və geriyə doğru tətbiq olunmayacaq. Buna görə də, onlar 2026-cı il Dünya Kubokuna, 2028-ci ildə  Los-Ancelesdə keçiriləcək Olimpiadaya və ya 2034-cü ildə Solt Leyk Sitidə keçiriləcək Oyunlara  təsir göstərməyəcək.  Yeni qaydaların təsdiqlənməsi ilə bağlı qərar noyabr ayında təsis şurası tərəfindən veriləcək.

ABŞ, ABŞ Antidopinq Agentliyi (USADA) ilə uzun sürən mübahisə səbəbindən WADA üzvlük haqlarının ödənilməsini dayandırıb. Amerika tərəfi təşkilata 2024-cü il üçün 3,6 milyon dollar və 2025-ci il üçün 3,8 milyon dollar borcludur. Təsdiqlənmiş ABŞ büdcəsində bu məqsədlər üçün 3,7 milyon dollar ayrılıb, lakin vəsait WADA-nın müstəqil auditi aparılana qədər dondurulub.

Seçilən
17
2
unikal.az

3Mənbələr