AZ

SEPAH “48 ci dalğa”nı həyata keçirdi: “Qədr” və “Xeybər”lə...

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd 4” əməliyyatının 48-ci dalğasını həyata keçirib. Əməliyyatda İsrail və ABŞ-ın regiondakı hədəflərə qarşı müxtəlif ballistik raketlər və silahlı dronlar istifadə edilib.

Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, yeni cavab zərbələri dalğası İsraildəki hədəfləri, o cümlədən Qaliley, Qolan Təpələri və Hayfanı, eləcə də regiondakı ABŞ hərbi bazalarını hədəf alıb:

“Əməliyyat bərk yanacaqlı “Xeybərşekan” raketləri, maye yanacaqlı “Qədr” raketləri və pilotsuz uçuş aparatları istifadə edilərək uğurla həyata keçirilib”.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. İran İsrailə və ABŞ-ın regiondakı bazalarına zərbələrlə cavab verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
axar.az

3Mənbələr