Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Ziyafət müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsinin konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə, müstəqillik bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Bu halda erməni tərəfindən verilən bu açıqlamanın mahiyyətini necə izah etmək olar?
- Əlbəttə, bunu sülh yolunda verilən mühüm bəyanat kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın konstitusiyasında ölkənin müstəqillik atkına istinad mövcuddur. Burada isə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən absurd məqamlar əksini tapıb. Ona görə də bunlar aradan qaldırılmalıdır. Həqiqətən də, bu münaqişə məntiqi üzərində qurulmuş bir normadır. Çünki, 1989-cu ildə Ermənistan tərəfinin qəbul etdiyi müstəqillik haqqında bəyannamədə keçmiş Dağlıq Qarabağ bu ölkənin tərkib hissəsi kimi göstərilib. Keçmiş münaqişə də məhz bunun ucbatından baş verib. Yəni, Ermənistanın Azərbaycana qarşı ərazi idiasına görə, münaqişə olub. Təəssüf ki, Ermənistan konstitusiyasında bu “norma” indi də saxlanılıb. Paşinyan əsassız iddiaların aradan qaldırılması ilə bağlı bəyanat veribsə, bu məntiqlidir.
- Bakı ilə İrəvan münasibətlərində əsas xətt hansı prinsiplər üzərində qurula bilər?