ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İsrail-“Hizbullah” qarşıdurması nəticəsində Livanda 800 mindən çox sakin öz yaşayış yerlərindən didərgin düşüb.
“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, BMT-nin son məlumatına görə, Livanda 300 min uşaq daxil olmaqla 822 mindən çox insan öz yaşayış yerlərini tərk edib və onlar məcburi köçkün kimi qeydiyyata alınıb.
BMT və Livan hökuməti İsrailin Beyrutun ətraf ərazilərinə və cənub bölgələrinə hava hücumlarını davam etdirməsi ilə əlaqədar olaraq 308,3 milyon dollarlıq humanitar yardım ayırıb.
BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə bildirib ki, ölkə daxilində 28 000 nəfərə təxminən 600 kollektiv ərazidə sığınacaq verilib və "köçkünlərin faktiki sayının daha çox olduğunu" xəbərdar edib.
Qeyd edək ki, martın 3-də İsrail “Hizbullah”ın hücumlarına cavab olaraq Livanda hərbi əməliyyatlara başlayıb.
İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın bir çox mövqelərinə raket zərbələri endirib. Hərbi əməliyyatlar davam etməkdədir.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.