AZ

“Nərimanla bağlı hər şeyin qaydasında olduğunu deyə bilmərəm”

“Nəriman Axundzadədə bəyəndiyimiz əsas özəllik onun cinah yarımmüdafiəçisi olmasıdır.

Bu, “4-lü” yarımmüdafiə xətti ilə meydana çıxdığımız zaman bizə cinahlardan oynamaq üçün daha çox imkan verəcək”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kolambus Kryu”nun (ABŞ) baş məşqçisi Henrik Ridström “Qarabağ”dan transfer etdikləri Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə barədə danışarkən deyib.

İsveçli mütəxəssis 21 yaşlı hücumçunun yeni komandasında nə vaxt debüt edəcəyi ilə bağlı sualı da cavablandırıb:

“İndi onunla bağlı hər şeyin qaydasında olduğunu deyə bilmərəm. Sadəcə, hazırkı addımlarını kifayət qədər yaxşı adlandırmaq olar.

Məşqlərdəki performansı ilə göstərdi ki, hər hansı geriləmə yoxdur. Ümid edirəm ki, tezliklə kollektiv hazırlığa qoşulacaq.

Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq”.

Nəriman Axundzadə MLS təmsilçisi “Kolambus Kryu” klubu ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

Seçilən
58
sportinfo.az

1Mənbələr