AZ

Şok XƏBƏRDARLIQ:"İran üç gün ərzində Şimali Koreyadan nüvə bombası ala bilər"

ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Tehranın nüvə silahı əldə etməsi üçün "super sürətli" bir ssenarinin mövcudluğu barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Bolton İranın nüvə başlığı hazırlamaq üçün öz texnoloji dövrəsini tamamlamasına ehtiyac qalmadığını, sadəcə Pxenyanın "xidmətlərindən" yararlanmağın kifayət etdiyini bildirib. Siyasətçi bu prosesin texniki tərəfini olduqca sadə şəkildə təsvir edib: "Hər şey çox bəsitdir: Tehran Şimali Koreyanın mərkəzi bankına lazımi məbləği köçürür və koreyalılar dərhal nüvə başlığını təyyarəyə yükləyərək yola salırlar".

Bolton iki ölkə arasındakı real hərbi sazişlərin gizli qaldığını, lakin belə bir alış-verişin cəmi üç gün çəkə biləcəyini vurğulayıb. Şimali Koreya ilə son otuz ildə aparılan danışıqların Pxenyanın nüvə dövlətinə çevrilməsinin qarşısını almadığını xatırladan keçmiş müşavir, eyni səhvin İranla bağlı təkrarlanmaması üçün sərt çağırış edib.

O, beynəlxalq ictimaiyyəti təhlükənin qarşısını almaq üçün "son ana qədər" gözləməməyə və keçmişin uğursuz diplomatiya təcrübəsindən dərs çıxarmağa səsləyib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr