Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın atletlərin mübarizə ilə başlayıb.
Mükafatlar uğrunda paytaxt və bölgələrimizi təmsil edən 80-ə yaxın idmançı yarışır.
Ölkə çempionatının açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq çəki dərəcəsində qalib adını qazanıb. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.
Türkanə Eminova 58 kq çəki dərəcəsində göstərdiyi 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci olub.
Milena Hüseynli 63 kq çəki dərəcəsində 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.
İslam Oyunları: Ağırlıqqaldıranımız 3 medal qazanıb - FOTO
İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb
Türkiyəli atlet: "İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"
İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”