AZ

SEPAH: İran səmasında indiyədək 111 PUA zərərsizləşdirilib

İranın hava hücumundan müdafiə (HHM) sistemi fevralın 28-dən bu günə qədər ölkə səmasında ABŞ və İsrailə aid 111 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirib.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb.

Qeyd olunur ki, ölkənin Fars əyalətindəki Firuzabad üzərində bir ədəd “MQ-9” pilotsuz təyyarəsi, eləcə də Təbriz səmasında bir neçə PUA zərərsizləşdirilib. 

Bildirək ki, ABŞ-İsrail cütlüyü və İran arasında müharibə 16-cı günə qədəm qoyur. Hər iki tərəf bir-birinin hərbi-strateji obyektlərinə PUA və raket zərbələri endirir. 

Tehran İsrailin ərazisinə və Körfəz bölgəsində, o cümlədən İraq və İordaniyada ABŞ hərbi bazalarına hücumlar həyata keçirib. 

Seçilən
17
cebheinfo.az

1Mənbələr