AZ

İlber Ortaylının ailəsi yasa gələcək şəxslərdən bunu xahiş edib - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli akademik və yazıçı professor İlber Ortaylı 78 yaşında vəfat edib.

Ölkə.Az xəbər verir ki, alimlə vida mərasimi martın 16-da uzun illər çalışdığı Qalatasaray Universitetində keçiriləcəyi açıqlanıb.

İ.Ortaylının ailəsi tərəfindən paylaşılan başsağlığı elanında dəfn mərasiminə gələ bilməyənlərdən xüsusi xahişləri olub.

Mərasimə heç kimin gül göndəməməsi, bunun əvəzinə istəyənlərin Türkiyə Təhsil Fonduna ianə etmələri xahiş edilib.

Billurə

Seçilən
27
olke.az

1Mənbələr