AZ

Azərbaycanda daha bir dövlət qurumu ləğv edilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğvedilib.

Trend-inməlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası AliMəclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərmanimzalayıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər KabinetiNaxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının buFərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətindəhazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinətəqdim etməlidir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqiaktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki aymüddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinəməlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarınınbu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bununicrası barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinəməlumat verməlidir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icrahakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativxarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edibNaxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumatverməlidir.

Qeyd edək ki, Fərman martın 6-da imzalanıb və qüvvəyə minib.

Xatırladaq ki, Naxçıvan İqtisadiyyat Nazirliyi yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AliMəclisin sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə 27 aprel2018-ci ildə yaradılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisisədrinin birinci müavini Azər Zeynalovun müvafiq Fərmanı ilə 2 may2023-cü ildə Naxçıvan İqtisadiyyat Nazirliyinin strukturuna daxiledilib.

Məlumat üçün bildirək ki, Ali Məclis sədrinin birinci müaviniBəxtiyar Məmmədovun eyni tarixli digər Fərmanı ilə Naxçıvan MuxtarRespublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs dələğv edilib.

Seçilən
29
23
az.trend.az

10Mənbələr