Naxçıvan Taxıl Məhsulları MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub.
Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib.
Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Mötəbər mənbənin məlumatına görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədlidən məsələ ilə bağlı izahat alınıb.
Taxıl satılarkən Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının baş nazirinin müavini olub və bu sahəyə nəzarət edib.
Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.