AZ

Putindən Trampa: İranın zənginləşdirilmiş uranı Rusiyaya daşınsın

Putin Trampa zənginləşdirilmiş uranın İrandan Rusiyaya aparmağı təklif edib.

Ölkə.az"Axios" istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İrandan Rusiyaya zənginləşdirilmiş uranın daşınmasını təklif etsə də, Tramp bundan imtina edib.

Mənbələrin nəşrə verdiyi xəbərə görə, Putin telefon danışığı zamanı ABŞ və İran arasında silahlı münaqişəyə son qoymaq üçün bir neçə ideya da irəli sürüb. "ABŞ-ın mövqeyi ondan ibarətdir ki, biz uranın etibarlı nəzarət altında olmasını təmin etməliyik", - deyə amerikalı rəsmi bildirib.

“Axios”un məlumatına görə, Tramp hazırda hamı ilə Putinlə, Çin prezidenti Si Cinpinlə, avropalılarla  danışır və onlara  razılaşma bağlamağa hazır olduğunu deyir. "Amma Tramp  hesab edir ki, bunun yaxşı bir razılaşma olmalıdır”, -nəşr yazıb.

 Mürtəza

Seçilən
19
olke.az

1Mənbələr