AZ

Yaxın günlərdə Əfv fərmanının imzalanacağı gözlənilmir Hüquq müdafiəçisi

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu il Ramazan bayramının Novruz bayramı ilə üst-üstə düşməsi Əfv fərmanının imzalana biləcəyi ehtimalı yaradır.

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əfv fərmanının imzalanması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna səlahiyyətidir. Lakin: 

- Bilirsiniz ki, ötən ilin dekabrında Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə Amnistiya layihəsi təqdim etdi. Bu Amnistiya layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi idi və ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı gözlənilirdi. Ötən müddət ərzində Amnistiya Aktının icrası həyata keçirilib, minlərlə məhbus azadlığa buraxılıb. Bu Amnistiya Aktı əhatə dairəsinə görə çox geniş olduğundan icrası hələ tam başa çatmayıb. Geniş əhatəli Amnistiya Aktının qəbulu və davam edən icrası baxımından yanaşsaq, yaxın günlərdə Əfv fərmanının imzalanacağı gözlənilmir. Əlamətdar tarixlərdə, xalqımızın əziz bayram günlərində Əfv fərmanının imzalanması ənənə halını alsa da, dediyim kimi, Amnistiya Aktının qəbulu və icrasının hələ davam etməsi bu ehtimalı azaldır. Bu günlərdə Əfv Komissiyasının iclaslarının intensiv keçirilməsinə dair informasiya da yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
sherg.az

1Mənbələr