Bakı. Trend:
Nağdsız ödənişlərdən istifadənin genişlənməsi istehlakçıdavranışlarına da təsir göstərib, kart sahibləri tərəfindən dahaçox rəqəmsal ödəniş kanallarına üstünlük verilib.
TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2020-ciildə kart əməliyyatlarının say üzrə 41.7%-i bankomatlar vasitəsiləaparıldığı halda, 2025-ci ildə bu göstərici 7.4%-ə enib.
Məlumatda eyni zamanda vurğulanıb ki, bankomatlarla aparılanəməliyyatların həcmi üzrə də oxşar tendensiya müşahidə edilir.
“Kartlarla aparılan əməliyyatlarda POS-terminal ödənişlərininsay üzrə çəkisi 2020-ci ildə 23.9% olduğu halda, 2025-ci ildəmüvafiq göstərici 31.4%-ə yüksəlib. Elektron ticarətəməliyyatlarının kart əməliyyatlarında say üzrə çəkisi 2020-ci ildə34.4% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 61.2% təşkiledib. Həcm üzrə müvafiq göstərici isə 14.7%-dən 58.9%-ə yüksəlib”,- məlumatda qeyd edilib.