"Bu gün Vəkillər Kollegiyası ölkədə hüquqşünasların birləşdiyi ən böyük peşə təşkilatıdır".
O bildirib ki, getdikcə vəkillərin sayı artır və artım tempi göz qabağındadır.
Sədrin sözlərinə görə, ilin sonuna yaxın vəkillərin sayı 3 mini keçəcək, gələcəkdə isə bu rəqəmin 4-5 minə çatacağı gözlənilir.
"Əsas məqsədimiz ölkədə hər kəs üçün keyfiyyətli hüquqi yardımın əlçatan olmasıdır. Bu, bizim üçün çox önəmlidir", - Anar Bağırov vurğulayıb.