AZ

"Milli Qəhrəmanın övladının vəkillik peşəsini seçməsi bizim üçün şərəfdir" - Anar Bağırov

"Milli Qəhrəmanın övladının vəkillik peşəsini seçməsi bizim üçün şərəfdir".

Yenilik.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olunan yeni namizədlərin təntənəli andiçmə mərasimində bildirib.
O bildirib ki, mərasimdə and içərək vəkilliyə qəbul olunan Cahandar Mirzəyevin atası Kərəm Mirzəyevin Azərbaycanın Milli Qəhrəmanıdır.
A.Bağırov qeyd edib ki, Kərəm Mirzəyev 1-ci Qarabağ müharibəsi dövründə, xüsusən Qubadlı uğrunda gedən döyüşlərdə böyük cəsarət, mərdlik və igidlik göstərib.
"Onun övladı Cahandar müəllim vəkillik peşəsini seçib. Bu bizim üçün böyük şərəfdir", - deyə sədr çıxışında bildirib.
"Cahandar Mirzəyevin atası və bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Sevinir ki, bu müqəddəs günlərdə onların ruhu şad olur", - A.Bağırov əlavə edib.
Seçilən
41
yenilik.az

1Mənbələr