Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, 1992-ci ilin 1 oktyabr tarixində Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.