AZ

Tramp ilə Petro arasında sürpriz dialoq

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Tramp ilə telefon vasitəsilə "səmimi" bir görüş keçirdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Prezidentliyin Mətbuat Xidmətindən verilən açıqlamada, Petro ilə Tramp arasındakı görüşün təxminən 30 dəqiqə davam etdiyi və danışığın əsas gündəm mövzularının regional təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq və narkotik qaçaqmalçılığı ilə mübarizə olduğu qeyd edilib.

"Bu gün bir neçə konkret mövzu üzərində səmimi bir telefon danışığı apardıq", - deyə Petro bildirib.Trampın 7 martda Floridada təşkil etdiyi "Amerikan Qalxanı Sammiti"nə Kolumbiyanı dəvət etmədiyini xatırladan Petro: 

"Prezident Donald Trampın Floridadakı sammitə dəvət edilməməyimlə bağlı məndən üzr istədiyi iddiasını isə təsdiqləmirəm", - deyə açıqlama verib.

Qeyd edək ki, yerli mətbuatda yer alan bir xəbərdə Donald Trampın telefon danışığı zamanı "Amerikan Qalxanı Sammiti"nə dəvət göndərilmədiyi üçün Petrodan üzr istədiyi iddia edilmişdi.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr