AZ

Paşinyan indi də lavaş VİDEOSU ilə gündəm oldu

Ermənistanın baş naziri Nikol Paşinyan parlament sədri Alen Simonyanla birlikdə seçkilər öncəsi Sisian bölgəsinə səfər edib.

NOCOMMENT.az xəbər verir ki, baş nazir səfərlə bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Kadrlarda Paşinyan və Simonyanın avtobusda lavaş yeyərkən görüntüləndiyi diqqət çəkir.

Qeyd olunur ki, Nikol Paşinyan son vaxtlar bölgələrə səfərləri zamanı yediyi qidaların – qarğıdalı, lavaş, pirojki və s. – görüntülərini tez-tez paylaşır. Müşahidəçilər bu paylaşımları seçki ərəfəsində seçicilərin rəğbətini qazanmağa yönəlmiş PR addımı kimi dəyərləndirirlər./Musavat.com/

Seçilən
26
nocomment.az

1Mənbələr