AZ

“Onu kişi kimi görə bilmirəm” – Ülviyyə Muradı niyə seçmədi? - VİDEO

“Simic kişi kimin nəyinə lazmdır? Onu yanımda kişi kimi görə bilmirəm”

Aktrisa Ülviyyə Xalinbekova “Könüllü danış” layihəsinin növbəti qonağı olub.

Musavat.com xəbər verir ki, səmimi və maraqlı söhbət zamanı aktrisa həm televiziya sahəsində son illər baş verən dəyişikliklərdən, həm də şəxsi və yaradıcılıq həyatından danışıb. O, televiziya mühitində zövqünün əvvəlki illərlə müqayisədə xeyli dəyişdiyini bildirib.

Verilişdə diqqət çəkən məqamlardan biri isə “Omu, Bumu” rubrikasında səsləndirilən sual olub. “Bu məşhurlar dənizdə boğulsa, hansını xilas edərsiniz?” sualına verdiyi cavab aktrisanın pərəstişkarlarını təəccübləndirib.

Belə ki, Ülviyyə Xalinbekova həyat yoldaşı Murad İsmayıl deyil, yaxın rəfiqəsi Üzel Kərimovanı xilas edəcəyini deyib.

Aktrisanın bu səmimi etirafı verilişin ən yadda qalan məqamlarından biri kimi diqqət çəkib.

Çəkilişdə göstərdiyi köməyə görə “Günaydın” restoranına təşəkkür edirik.

Könül İbrahim
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr