AZ

Qaranlıq Kubada alov işıqları - qida çatışmazlığı ölkədə etiraz doğurub

Kubada elektrik kəsintiləri və ərzaq çatışmazlığı ilə bağlı kütləvi etirazlar başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Moron şəhərində nümayişçilər Kommunist Partiyasının binasını yandırıblar.

Ada sakinləri bir neçə gündür ki, elektrik enerjisinin uzun müddət kəsilməsindən şikayətlənirlər: bəzi ərazilərdə insanlar 20 saatdan çoxdur ki, işıqsız qalıblar.

Yanacaq və ərzaq çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır, müxtəlif şəhərlərdə küçə etirazlarına və iğtişaşlara səbəb olur.

Qeyd edək ki, bu ilin əvvəlində Venesuela prezidenti Nikolas Maduronu iqamətgahından oğurlayıb Vaşinqtona aparan ABŞ Kubanı yanacaq mühasirəsinə alıb və onunla köhnə ədavətini yeni müstəviyə keçirib. Bu izə Kubada sosial-siyasi vəziyyəti gərginləşdirməkdədir.

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr