AZ

Bu ölkədə təbii fəlakət 62 can aldı

Keniyada güclü yağışların səbəb olduğu sel nəticəsində həyatını itirənlərin sayının 62-yə çatdığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Keniya Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, ölkə daxilində günlərdir davam edən güclü yağışların yol açdığı seldə can itkisi sayının 62-yə yüksəldiyi qeyd olunub.

Məlumatda həyatını itirən 62 nəfərdən 46-nın kişi, 8-nin qadın və 8-nin isə uşaq olduğu bildirilib.Seldən ən çox zərər çəkən bölgənin paytaxt Nayrobi olduğu qeyd edilərkən, təkcə paytaxt sərhədləri daxilində 33 nəfərin həyatını itirdiyi ötürülüb.

Bundan əlavə, can itkilərinin 17-nin Şərq bölgəsində, 7-nin isə Rift Vadisi bölgəsində yaşandığı ifadə edilib. Axtarış-xilasetmə və təxliyə işlərinin davam etdiyi ölkədə, mülki itkilərlə yanaşı infrastrukturda da ciddi ölçüdə ziyan qeydə alınıb.

Rəsmi qurumlar ölkə miqyasında 10 mindən çox təsərrüfatın seldən birbaşa təsirlandiyini, 4 min 845 nəfərin isə təhlükəsiz bölgələrə təxliyə edilərək evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Selin vurduğu bölgələrdə yolların bağlandığı və mülklərə ağır ziyan dəydiyi qeyd olunub.Digər tərəfdən, Keniya Meteorologiya İdarəsi ölkə daxilində güclü yağışların davam edəcəyi proqnozunu verib.

Səlahiyyətlilər can itkilərinin daha da artmaması üçün bölgə əhalisini son dərəcə diqqətli olmağa və riskli ərazilərdən uzaq durmağa çağırıb.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr